Azərbaycanlının Anyaya çəkdiyi klip rekord qırır – VİDEO

ONN media xəbər verir ki, Rusiyanın məşhur müğənnisi Anya Semenoviçin yeni klipini azərbaycanlı rejissor çəkib.

39 yaşlı ifaçının “Xoçeş” adlı mahnısını Şövqi Əhədov ekranlaşdırıb.

17 saata ərsəyə gələn layihə “Youtube”da bir neçə günə 3 milyona yaxın baxış toplayıb.

Bundan əlavə, klipdə Anya Semenoviç, Roza Syabitova, Stas Dujnikovla yanaşı Şövqünün özü də yer alıb.