ONN İnformasiya Agentliyi

Bütün dünyanın gözü 10 aprelə dikildi – NƏ BAŞ VERİR?

Bütün dünyanın gözü 10 aprelə dikildi – NƏ BAŞ VERİR?
04 Aprel 2019 - 18:58

Elm adamları 10 aprel tarixində bütün dünyada paralel olaraq mətbuat konfransı keçirəcək.

ONN media xəbər verir ki, xəbər verir ki, Avropa Cənub Rəsədxanası bu barədə informasiya yayıb.

Xəbərə görə, dünya miqyasında təşkil olunacaq konfransda əhəmiyyətli bir elan veriləcək.

Avropa Cənub Rəsədxanası elanın “Event Horizon Telescope” tərəfindən əldə edilən nəticələrlə bağlı olduğunu deyib. Hələ ki, rəsmi açıqlama verilməsə də, ilk dəfə qalaktikada yerləşən bir qara dəliyin fotosunun ictimaiyyətlə paylaşılacağı ehtimal olunur.

Qeyd edək ki, 2017-ci ildə “Event Horizon Telescope” layihəsi çərçivəsində qalaktikanın mərkəzi “Sagittarius A*”da tapılan superçəkili qara dəliyin görütntülənməsi məqsədilə qlobal teleskop istifadəyə verilmişdi.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png