ONN İnformasiya Agentliyi

Zərər çəkmiş sahibkarlardan sənəd qəbulu başlanılıb

Zərər çəkmiş sahibkarlardan sənəd qəbulu başlanılıb
04 Aprel 2019 - 20:29

Bakının Nizami rayonunda yerləşən “Diqlas” ticarət mərkəzində baş vermiş yanğında zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi qaydası təsdiq edilib və dövlət qeydiyyatına alınıb.

İqtisadiyyat Nazirliyindən ONN media -ya verilən məlumata görə, aprelin 4-dən etibarən İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin inzibati binasında Bakının Nizami rayonunda yerləşən ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlardan maddi yardımın göstərilməsi ilə bağlı sənədlərin qəbuluna başlanılıb. Yanğın nəticəsində zərər çəkmiş sahibkarlardan sənədlərini Agentliyə təqdim etmələri xahiş olunur.

Sahibkarlar vahid ərizə formasını bu linkdən və ya İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən əldə edə bilərlər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png