ONN İnformasiya Agentliyi

Qanunsuz yolla ixrac olunan 20 ton soğan tapıldı

Qanunsuz yolla ixrac olunan 20 ton soğan tapıldı
04 Aprel 2019 - 21:09

İranın cənubunda yerləşən Hörmüzqan vilayətinin Minab rayonunda iki yük maşınında qanunsuz yolla ixrac üçün aparılan 20 ton soğan aşkarlanıb.

ONN media xəbər verir ki, bunu İranın Hörmüzqan vilayəti polis rəisinin əvəzi polkovnik Abbasəli Behdanifərd deyib.

A.Behdanifərdin sözlərinə görə, qaçaqmalçılıqla mübarizə çərçivəsində polis əməkdaşları Minab rayonunda iki şübhəli yük maşınını saxlayıblar.

Polis rəsmisi qanunsuz yolla ixrac üçün aparılan soğanın dəyərinin 800 milyon rial (təxminən 19 min dollar) olduğunu bildirib.

Hadisə ilə əlaqədar iki nəfər saxlanılıb, araşdırma aparılır.

Qeyd edək ki, İran daxili bazarı nizamlamaq məqsədilə kartof və soğanın ixracına qadağa qoyub. Son vaxtlar İranda soğanın 1 kiloqramının qiyməti 150 min riala (təxminən 3,33 dollar) bahalaşıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png