ONN İnformasiya Agentliyi

Binəqədidə restoranda ATIŞMA – Yaralılar var

Binəqədidə restoranda ATIŞMA – Yaralılar var
04 Aprel 2019 - 21:31

Bakının Binəqədi rayonunda yerləşən “Çeşməli” restoranında qohumlar arasında insident baş verib. Tərəflər arasında yaranan mübahisə atəş açılması ilə nəticələnib.

ONN media -ya Səhiyyə Nazirliyindən verilən məlumata görə, 37 yaşlı Elçin Nəbiyev əlin deşilmiş-kəsilmiş yarası diaqnozu, 44 yaşlı zərərçəkmiş Vəli Nəbiyev isə kəllə-beyin travması ilə Kliniki Tibbi Mərkəzə gətirilib.

Nazirliyin məlumatına görə, artıq yaralılara ilkin tibbi yardım göstərilərək evə buraxılıblar.

Qeyd edək ki, tərəflərdən biri üzərində olan “Ekolbotan” markalı, pnevmatik idman (səs) tapançası ilə atəş açıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png