Gəncədə DƏHŞƏT: Kişi qatarın altında qaldı

Gəncə sakinini qatar vurub öldürüb.

ONN media xəbər verir ki, hadisə  bu gün axşam saatlarında Gəncə Dəmiryolu Vağzalı ərazisində qeydə alınıb.

1984-cü il təvəllüdlü Sərdar Məhərrəm oğlu Rəsulovu qatar vurub. Mərhumun bir övladı var.

Hadisənin intihar və ya qəza olması araşdırılır.