ONN İnformasiya Agentliyi

Sabahın havası- 17 dərəcə isti olacaq

Sabahın havası- 17 dərəcə isti olacaq
09 Aprel 2019 - 12:55

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin ONN media-ya verdiyi məlumata görə Bakıda və Abşeron yarımadasında aprelin 10-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 6-10, gündüz 13-17, Bakıda gecə 8-10, gündüz 15-17 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz olacaq.

Azərbaycanın rayonlarında

Aprelin 10-da hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi qıraq qərb rayonlarında lokal qısamüddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 7-12, gündüz 19-24, dağlarda gecə 2-7, gündüz 9-14 dərəcə isti təşkil edəcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png