ONN İnformasiya Agentliyi

Təəssüf ki, bu təkliflər nəzərə alınmır – Əflatun Amaşov

Təəssüf ki, bu təkliflər nəzərə alınmır – Əflatun Amaşov
09 Aprel 2019 - 13:22

Hesablama Palatasının hesabatı daha geniş və əhatəlidir. Qurumun fəaliyyəti bilavasitə maliyyə nəzarətini həyata keçirmək və aşkarlığın təmin edilməsidir. Bizim üçün daha vacib olan maliyyə nəzarətidir. Əvvəlki çıxışlarda qeyd etmişəm ki, ölkəmizdə maliyyə şoku yaşanmamalıdır. Necə ki, əvvəlki illərdə Beynəlxalq Bankla bağlı yaşanmışdı.

ONN media xəbər verir ki, bu sözləri Milli Məclisdə Hesablama Palatasının 2018-ci illə bağlı hesabatının müzakirəsi zamanı deputat Əflatun Amaşov deyib.

Amaşov illərdir Hesablama Palatasının hesabatını diqqətlə izlədiyini deyib:

“Hər dəfə Palata nöqsanlar aşkar edir və təkliflər səsləndirir. Amma təəssüflər olsun ki, aidiyyəti qurumlar bu təklifləri nəzərə almır. Əgər təkliflər nəzərə alınsa, növbəti hesabat dövründə bu qədər qüsurlar olmazdı. Arzu edirəm ki, qarşıdakı illərdə qurumun hesabatlarını müsbət dəyərləndirmək üçün də əsaslar tapaq”.axar

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png