ONN İnformasiya Agentliyi

“Bundan xəbərsiz idim” – 10 milyonuncu sakinin anası

“Bundan xəbərsiz idim” – 10 milyonuncu sakinin anası
09 Aprel 2019 - 13:51

“Çox sevindirici haldır ki, Azərbaycanın 10 milyonuncu sakini olan körpənin anasıyam. Bu hiss qürurvericidir”.

ONN media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında körpənin anası Nigar Ocaqova deyib.

O, körpəsinin 10 milyonuncu sakin olmasından xəbərsiz olub: “İlk xəbəri bizə baş həkimimiz Sevinc xanım verdi. Prezidentimizin və xanımının gəlişi bizə ikiqat bayram oldu, çox sağ olsunlar. Göstərdikləri qayğıya görə təşəkkür edirəm”.

Baş həkim Sevinc Məmmədova isə bildirib ki, 9 ay ərzində ana poliklinikada həkim qeydiyyatında olub: “Hamiləlik fəsadsız keçib. Artıq 5-ci gündür ana və uşaq bizdədir. Uşağın peyvəndləri vurulub və bu gün onlar evə yola salınacaqlar”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png