ONN İnformasiya Agentliyi

Azəriqaz XƏBƏRDARLIQ ETDİ- “Aldanmayın”

Azəriqaz XƏBƏRDARLIQ ETDİ- “Aldanmayın”
09 Aprel 2019 - 13:14

Azəriqaz İB-dən ONN media-ya verilən məlumata əsasən bildiririk ki, son günlər Bakı şəhərinin müxtəlif ünvanlarında əsasən də Yasamal rayonu ərazisində özünü “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşı kimi təqdim edən şəxs və ya şəxslər mənzillərdə quraşdırılmış Smart-kart tipli qaz sayğaclarının üzərinə vurulmuş xüsusi nömrəli plombun yenilənməsi, batareyasının dəyişdirilməsi və ya smart kartların “vaxtının keçməsi” kimi məsələləri bildirərək həmin “problemlərin” aradan qaldırılması üçün vətəndaşlardan müəyyən miqdarda pul tələb edir, eləcə də inandırıcı olması üçün qeyri qanuni akt tərtib edərək abonentlərə təqdim edirlər.

Bununla bağlı istehlakçıların nəzərinə çatdırırıq ki,Birliyin işçiləri mənzillərdə yerləşən qaz sayğaclarına profilaktik baxış və xidmət göstərəcəyi zaman “Azəriqaz” İB-nin əməkdaşı olduğunu təstiq edən xidməti vəsiqə tələb edilməlidir,həmçinin öz xidməti vəsiqələrini təqdim etdikdən sonra yerlərdə göstərdikləri bütün xidmətlər ödənişsizdir və tərtib etdikləri xüsusi nömrəli aktlar isə sarı,qırmizi və göy rəngdə olmaqla üç nüsxədən ibarət tərtib olunaraq,qırmizi rəngli akt abonentə təqdim edilir. Sonda bir daha bildiririk ki, sadalanan qeyri qanuni hallarla rastlaşan vətəndaşlar yaşadıqları ərazi üzrə müvafiq polis bölməsinə müraciət etməlidirlər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png