Madonnanın “Eurovision”dakı çıxışından nə qədər qazanacaq?

Dünyaca məşhur müğənni Madonnanın “Eurovision- 2019” mahnı müsabiqəsində çıxışı rəsmi olaraq təsdiqlənib. 

ONN media xəbər verir ki, Avropa Yayım Birliyi (EBU) açıqlamasında pop ulduzun final günü Təl-Əvivdə səhnəyə çıxacağını bildirib.

Qeyd olunub ki, sənətçi bunun qarşılığında 1 milyon dollar qonorar alacaq. Bununla da, yayılan şayiələr öz təsdiqini tapıb.