ONN İnformasiya Agentliyi

İş adamları baş mühasib təyin edərkən diqqətli olun

İş adamları baş mühasib təyin edərkən diqqətli olun
09 Aprel 2019 - 16:04

Milli Məclisin (MM) aprelin 9-da keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklikləri nəzərdə tutan qanun layihəsi müzakirə edilib.

ONN media xəbər verir ki, Məcəllənin 462-ci maddəsinə (Mühasibat uçotu üzrə qanunvericiliyin pozulması) dəyişiklik təklif edilib. 

Təklif edilən dəyişikliyə əsasən, Məcəllənin 462-ci maddəsinə yeni bənd əlavə olunub.

Dəyişikliyə görə, paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumların, iri sahibkarlıq subyektlərinin, büdcə təşkilatlarının və illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin rəhbərləri tərəfindən peşəkar mühasib olmayan şəxslərin baş mühasib vəzifəsinə təyin edilməsinə, habelə peşəkar mühasib olmayan şəxslərə baş mühasib vəzifəsinin icrasının həyata keçirilməsinə görə vəzifəli şəxslər 300 manatdan 400 manatadək məbləğdə cərimələnəcək.

Dəyişiklik layihəsi səsə qoyularaq qəbul edilib.oxu.az

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png