ONN İnformasiya Agentliyi

Ucarda torpaq uçqunu: “Azərsu”nun 2 əməkdaşı…

Ucarda torpaq uçqunu: “Azərsu”nun 2 əməkdaşı…
09 Aprel 2019 - 21:12
Ucar şəhərində kanalizasiya xəttində baş verən qəza aradan qaldırılarkən torpaq uçqunu olub. 
ONN media xəbər verir ki, “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Cəbrayıllının BakuPost.az -a verdiyi məlumata görə, baş verən torpaq uçqununda  “Azərsu” ASC-nin 2 əməkdaşı xəsarət alıb.

Anar Cəbrayıllının sözlərinə görə, torpaq uçqununa düşənlərin həyati təhlükəsi yoxdur.

Fövqəladə Hallar Nazirliyindən  verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ucar rayonunda yeraltı su xətlərində təmir işləri aparılan zaman yaranan uçqun nəticəsində 2 nəfərin palçıq kütləsinin altında qalması barədə məlumat daxil olub. Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Görülən tədbirlər nəticəsində 2 nəfər xilas olunaraq aidiyyəti üzrə təhvil verilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png