“Cennifer Lopez məni yamsılayır”

Türkiyəli müğənni Xədicə İstanbulda təşkil edilən dəfilədə manken olaraq iştirak edib.

ONN media xəbər verir ki, podiumda gəzərkən anidən paltarının ətəyini qaldıraraq ombasını göstərən müğənni sosial medianın diqqətini üzərinə çəkmişdi.

İfaçı bu hərəkəti ilə özünü dünya ulduzu Cennifer Lopeslə müqayisə edib. 49 yaşlı CeyLo yeni klipindəki cəsur pozları ilə gündəmə gəlmişdi. Xədicə isə İnstaqran hesabından Lopezin həmin klipdəki bənzər səhnəsini paylaşaraq “Xədicə edər, Jennifer Lopez də yamsılayar” yazıb.(axşam)