ONN İnformasiya Agentliyi

Elinanın ölümündə həkim səhlənkarlığı var?

Elinanın ölümündə həkim səhlənkarlığı var?
10 Aprel 2019 - 15:02

Eynən jurnalist Rasim Əliyevin ölümü də bu şəkildə oldu. Bəlkə Elinanı da qorumaq olardı. Ancaq bu haqda daha dəqiq autopsiyanın cavabından sonra nə isə demək olar. Autopsiyadan sonra demək mümkündür ki, məktəblinin ölümündə tibbi xidmət nə qədər adekvat davranıb.

ONN media xəbər verir ki, bu sözləri professor, tibb eksperti Adil Qeybulla 8-ci sinif şagirdi Elina Hacıyevanın özünü 3-cü mərtəbədən atandan sonra anlaqlı halda psixoloqun suallarını cavablandırması, iki gün sonra isə dünyasını dəyişməsinə münasibət bildirərkən deyib.

A.Qeybulla bildirib ki, yeniyetmənin ölümü ilə nəticələnən hadisədə iki məsələ mütləq şəkildə araşdırılmalıdır:

“Birincisi, əlbəttə ki, onu intihara aparan səbəblərdir. İkincisi isə özünəqəsddən sonra aldığı xəsarətlərin ölümə səbəb olma ehtimalıdır. Bu qəsddən aldığı xəsarətlər ölümə səbəb ola bilərmi və ya bilməzmi, bu araşdırılmalıdır. 3-cü mərtəbədən özünü atan birinin xəsarətləri mütləq şəkildə ciddi olur. Bəli, o, sağ da qala bilərdi”.

A.Qeybullanın sözlərinə görə, intihar edən məktəbli hadisə sonrası psixoloqa cavabları affekt vəziyyətdə verib:

“Emosional insanlarda affekt vəziyyət daha çox olur. Ruhən zəif, həssas insanlar belə olur. Görünür, o, intihardan sonra psixoloqun suallarını da affekt vəziyyətdə cavablandırıb. Fakt budur ki, o özünü atandan sonra travma alıb. Sınıq qeydə alınıb, dalağın kapsulyar zədələnməsi baş verib, qaraciyərin, daxili orqanların zədələnməsi olub. Hər halda autopsiya olunmalıdır ki, ölümün dəqiq səbəbi bilinsin. Autopsiyadan cavab gəlməlidir ki, ölümün birbaşa səbəbi nədir. Elinanı qorumaq, sağaltmaq olardı, ya yox? Onun ölümünə səbəb həkimlərdir, ya aldığı ağır zədələr? Bütün bu sualların cavabını autopsiyadan sonra bilmək mümkündür”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png