Metro tikintisi zamanı texnika yerin altında qaldı – FOTOLAR

“Elmlər Akademiyası” – “İnşaatçılar” stansiyalarının qazıntısı zamanı çökmə nəticəsində texnika yerin altında qalıb.

ONN media xəbər verir ki, bu sözləri Bakı Metropoliteni QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bu gün Azərbaycanda qeyd edilən İnşaatçılar günü ilə əlaqədar metro inşaatında yadda qalan hadisələrdən danışarkən deyib.

B.Məmmədov bildirib ki, bu gün fəaliyyət göstərən stansiyalar arasında tikintisi ən çətin başa gələn stansiyalar “Sahil”, “28 May”, “Nizami”dir:

“Bu stansiyaların qazıntısı kesson üsulu ilə başa gəlib. Bu stansiyaların tikintisi sözün əsl mənasında elə Bisütunu yarmaq, kosmosa uçmaq qədər qəhrəmanlıq tələb edən bir proses olub.

“Elmlər Akademiyası”-“İnşaatçılar” mənzilində qazıntılar zamanı isə dayanıqsız qrunt süxurları qəfil güclənən yeraltı sular qarşısında tab gətirməyib və çöküb. Hadisə zamanı insan tələfatı olmayıb, amma texnika yerin altında qalıb”.(Axar)