ONN İnformasiya Agentliyi

MEK əməkdaşlarına “İctimaiyyətlə əlaqələr və media” təlimi keçirilib – FOTO

MEK əməkdaşlarına “İctimaiyyətlə əlaqələr və media” təlimi keçirilib – FOTO
10 Aprel 2019 - 17:57

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında BDU-nun Jurnalistika fakültəsinin dekanı, dosent Vüqar Zifəroğlu MEK və BDU-nun Jurnalistika fakültəsinin əməkdaşlarına “İctimaiyyətlə əlaqələr (PR) və media” mövzuda təlim-seminar keçib.

Mərkəzi Elmi Kitabxanadan ONN media -ya verilən məlumata görə, MEK-in direktoru Leyla İmanova kitabxananın informasiya istehsal edən və paylaşan bir qurum olduğunu vurğulayaraq ictimaiyyətlə əlaqələrin, media ilə işin təşkilinin daha peşəkarcasına qurulmasının vacibliyinə diqqət çəkib. L.İmanova təlim-seminarın Jurnalistika fakültəsi ilə 2018-ci ildə imzalanmış müqavilə çərçivəsində həyata keçirildiyini bildirib.

BDU Jurnalistika fakültəsinin dekanı, dosent Vüqar Zifəroğlu təlim zamanı müasir dövrdə media ilə, ictimaiyyətlə əlaqələrin qurulması, press-relizin yazılması və müsahibənin verilməsi qaydaları, böhran vəziyyətində müəssisənin rəhbərliyinin, PR işinə cavabdeh şəxslərin davranışları və s. mövzularda geniş məlumat verib. V.Zifəroğlu ictimaiyyətlə əlaqələri düzgün istiqamətdə tənzimləməyin, müəssisənin fəaliyyəti haqqında mediaya dolğun məlumat ötürməyin vacibliyindən bəhs edib. Dünyada PR anlayışına 500-dən artıq tərif verildiyini deyən V.Zifəroğlu PR dedikdə “imicin idarə edilməsi” tərifinə üstünlük verdiyini və PR ilə bağlı addımların məhz bu anlama yönəldilməsinin vacibliyini vurğulayıb.

İnteraktiv şəkildə keçən təlimdə iştirakçılar sual və təkliflər ünvanlayaraq mövzu barəsində fikirlərini səsləndiriblər. İkigünlük tədbirin sonunda təlimin iştirakçılarına sertifikatlar, BDU əməkdaşlarına isə sertifikatla yanaşı kitabxananın bir illik oxucu kartı təqdim edilib.

Gələcəkdə hər iki qurumun birgə şəkildə təlim, seminar və tədbirlər keçirməsi qərarlaşdırılıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png