“WhatsApp”da artıq bunu etmək MÜMKÜNDÜR

Populyar mesajlaşma tətbiqi “WhatsApp” daha bir yeniliyə imza atır.

ONN media xəbər verir ki, “WhatsApp”-da indiyədək yalnız telefonunuzda adı qeyd edilmiş şəxslərə mesaj yazmaq mümkün idi. Artıq kiminsə nömrəsini telefonunuza qeyd etmək məcburiyyətində qalmayacaqsınız.

Yenilənmədən sonra yazmaq istədiyiniz şəxsin “WhatsApp” istifadəçisi olub-olmadığını da nömrəsini qeyd etmədən öyrənə biləcəksiniz.