Evdə atom bombası hazırlamağı öyrədən sayt bağlandı

Perm Şəhər Məhkəməsi “Evdə atom bombasını necə hazırlamaq olar” adlı məqalə dərc etmiş saytın bağlanması barədə qərar qəbul edib.

ONN media xəbər verir ki, məqalədə atom bombasının hazırlanması barədə müfəssəl məlumat verilib və bu sayt cəmiyyət üçün xüsusi təhlükəli hesab olunub.

Perm şəhərinin baş prokuroru məhkəmə qarşısında bu informasiyanın Rusiya ərazisində yayılmasının qadağan edildiyini əsas gətirərək, saytın bağlanması üçün iddia qaldırıb və məhkəmə bu tələbi təmin edib.