Kim Çen In Trampla növbəti dəfə görüşəcək?

Koreya Xalq Demokratik Respublikasının Dövlət Şurasının sədri Kim Çen In ABŞ prezidenti Donald Trampla yenidən görüşməyə hazırdır.

ONN media xəbər verir ki, bu barədə Kim Çen In aprelin 12-si Ali Xalq Məclisinin deputatları qarşısında çıxışı zamanı bildirib.

Kim Çen In qeyd edib ki, Xanoyda keçirilən sammitin uğursuz başa çatmasına baxmayaraq, o D.Trampla yenidən görüşməyə hazırdır.

Xatırladaq ki, 27-28 fevral tarixlərində Xanoyda ABŞ və KXDR sammiti baş tutub. Sammitin yekunları üzrə tərəflər razılığa gələ bilməyiblər.