Bu xəbəri “Qulunc”dan əziyyət çəkənlər OXUSUN

“Xalq dilində qulunc olaraq tanınan tibb dilində adı “fibrositis” olan qulunc vətərlərin, sinirlərin iltihabıdır“.

ONN media xəbər verir ki, bunu Metbuat.az-a açıqlamasında həkim-fitoterapevt Sadıq Salami deyib. Həkim bildirib ki, bu zaman sinir və vətərlərin gərilməsi və dartılması baş verir.

“Quluncun müalicəsində ən effektli metodlardan biri və birincisi hicam metodudur”-deyə həkim vurğulayıb.

Həkimin sözlərinə görə, hicam zamanı ağrılı nahiyələrə banka qoyub sonra həmin yerlərdən qan alırlar. Çıxan çirkli qan, qulunc ağrılarını azaldır. Bundan başqa saunaya getmək və masaj olunmaq da yaxşı təsir göstərir.