DƏHŞƏTLİ QƏZA: Mikroavtobus yük maşını ilə toqquşdu – 11 ÖLÜ

Pakistanın qərbindəki Mastunq şəhərində mikroavtobusun yük maşını ilə toqquşması nəticəsində azı 11 nəfər həlak olub.

ONN media xəbər verir ki, daha 7 nəfər xəsarət alıb.

Qeyd olunur ki, ölən və xəsarət alanların əksəriyyəti qadın və uşaqlardır. Xəsarət alanlardan bəzilərinin vəziyyəti ağır qiymətləndirilir.