Avropa Sudan qarşısında şərt qoydu

Sudan Hərbi Keçid Şurasının legitimliyini tanımayacağıq.

ONN media xəbər verir ki, bu sözləri Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Moqerini deyib.

“Şura dərhal bütün siyasi məhbusları azadlığa buraxmalıdır. Son günlərdə ölkədən gələn ölüm xəbərlərinə görə Sudanın hüquq-mühafizə orqanları məsuliyyətə cəlb edilməlidir”, – Moqerini bildirib.

O, bu şərtlərin yerinə yetiriləcəyi təqdirdə siyasi müzakirələrin başlanması üçün əlverişli mühitin yaranacağını və bundan sonra bütün tərəflərin konstruktiv əməkdaşlıq edəcəyini qeyd edib.