“WhatsApp”dan yenilik

“WhatsApp” messencerin tərtibatçıları animasiya sayəsində stikerlərin cari funksionalını yaxşılaşdırmağa hazırlaşırlar.

ONN media bildirir ki, yeni funksiya tezliklə “Android”, “iOS” və veb versiya üçün son yeniləmələrdə əlçatan olacaq. Animasiyalı elementlər stikerlər dəstinə daxil ediləcək.

Stikerlər göndərildikdən sonra GIF formatlı fayllardan fərqli olaraq həmişə animasiya formasında olacaqlar.