Bakıda toydan sonra faciə yaşandı: Ölən var – FOTO

Binəqədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ONN media xəbər verir ki, hadisə “Ballı” şadlıq evinin qarşısında olub.

81 yaşlı Qurbanov Elman toy məclisindən çıxaraq yolu keçən zaman onu “Opel” markalı taksi vurub.
Nəticədə E. Qurbanov hadisə yerində ölüb. Sürücü saxlanılıb.