Dəhşətli qəzada 25 nəfər həlak oldu

Boliviyada avtobusun uçurumdan aşağı düşməsi nəticəsində 25 nəfər həyatını itirib, daha 24-ü yaralanıb.

ONN media “Report”a istinadən xəbər verir ki, bu barədə yerli polisə istinadən ABI agentliyi məlumat yayıb.

Ölənlərin sayının artma ehtimalı var. Hazırda qəza yerində əməliyyat-axtarış işləri davam edir.

Polisin məlumatına görə, avtobusun sürücüsü yük maşınını ötməyə cəhd edib, lakin idarəetməni itirib və 300 metr hündürlükdən dərəyə düşüb. Hazırda araşdırma aparılır, hadisənin bütün detalları müəyyənləşdirilir.