Bakı sakinindən saxta əskinaslar götürülüb

Bakı şəhər sakinində saxta əskinaslar aşkar edilib.

DİN-dən ONN media-ya verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər xuliqanlıq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş N.Əsgərov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 1 ədəd 50 və 1 ədəd 100 manatlıq saxta əskinaslar aşkar edilərək götürülmüşdür. Faktla bağlı araşdırma aparılır.