Cardi B-ni Bakıda yordular: “Ölü tarakan kimiyəm”

Amerikalı məşhur reper Cardi B ötən gün Bakıda çıxış edib.

ONN media news24.az-a istinadən xəbər verir ki, “Crystal Hall” səhnəsində sevənləri ilə görüşən ifaçı, konsert bitdikdən sonra çox yorulduğunu açıqlayıb. O, bu barədə şəxsi instagram hesabında paylaşım edib:

“Ölü tarakan kimiyəm. Bakı və izdiham məni yordu. 13 saat yol getməliyəm. Bakı, “Formula 1″də məni qonaq etdiyiniz üçün təşəkkürümü bildirirəm. Gözəl şəhər, gözəl insanlar, dadlı yeməklər”.