Məşhur serialın qəhrəmanları evləndi

“Beni affet” serialında birlikdə çəkilən aktrisa Şeyma Korkmazla aktyor Cüneyt Mete ailə qurub.

ONN media xəbər verir ki, cütlüyün nikah mərasiminə xeyli sayda məşhur qatılıb. Şeyma ilə Cüneytin nikah şahidi isə müğənni-aktyor Əmrah olub.

Qeyd edək ki, Şeyma ilə Cüneyt “Aşk ve mavi” serialında bacı-qardaş rolunda çəkiliblər.(qafqazinfo)