“Jiquli” əvvəl traktora, sonra “Shagman”a çırpıldı

Xaçmazda 3 avtomobilin iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.

ONN media xəbər verir ki, hadisə Xaçmaz -Xudat yolunun Nərəcan kəndi ərazisindən keçən hissəsində baş verib.

“VAZ21015” markalı avtomobil qarşıdan gələn traktorla, daha sonra “Shagman” markalı yük maşını ilə toqquşub.

Xəsarət alan şəxslər Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla baglı araşdırma aparılır.