Döşəyin içərisində kürü keçirmək istədilər

Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi “Mercedes Benz 1844 LS” markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.

ONN media xəbər verir ki, bununla bağlı Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Yoxlama zamanı yük-nəqliyyat vasitəsində yataq üçün nəzərdə tutulan döşəyin alt hissəsindən 20 ədəd plastik qabda, qabları ilə birlikdə ümumi çəkisi 10 kq olan qara rəngli balıq kürüsü aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.