Yaşayış binasında yanğın olub

Gəncə şəhərinin Nizami rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisində 6 m² sahədə məişət tullantıları yanıb.

ONN media-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı 6 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.