Putindən sükut duruşu

Rusiya prezidenti Vladimir Putin strateji inkişaf üzrə Şuranın iclasında Şeremetyevo hava limanında “Sukhoi Superjet 100” təyyarəsinin qəzaya düşməsi nəticəsində ölənlərin xatirəsini bir dəqiqəlik sükutla yad edib.

ONN media xəbər verir ki, Putin sükutdan qabaq bu sözləri deyib: “Bildiyiniz kimi, Şeremetyevo hava limanında faciə baş verib. Aviaqəza bir çox insanın həyatına son qoydu. Ölənlərin xatirəsini bir dəqiqəlik sükutla yad edirik”.

Xatırladaq ki, mayın 5-də baş vermiş təyyarə qəzasında 41 nəfər dünyasını dəyişib.