Dünyanın ən bahalı atı – Qiyməti açıqlandı

Hazırda 140 xalla dünyanın ən yaxşı atı hesab olunan çempion “Frankel”in bazar qiyməti açıqlanıb.

ONN media xəbər verir ki, indiyə qədər çıxdığı 14 yarışın heç birində məğlub olmayan atın indiki qiyməti 110 milyon avrodur.

“Frankel” yarışlarda sahibi, Səudiyyə Ərəbistanı şəhzadəsi Xalid Abdullaha 50 milyon funt pul qazandırıb. Onu hər gün minlərlə şəxs ziyarət edir.

Qeyd edək ki, “Frankel” dəyərinə görə bu il “Yuventus”a 105 milyon avroya transfer olunan Kristiano Ronaldo ilə müqayisə olunur.