Türkiyə şəhid verdi

Türkiyədə PKK-ya qarşı təşkil edilən əməliyyat zamanı əsgər Kızılmescit Deresini keçərkən müvazinətini itirərək yıxılıb.

ONN media Türkiyə mətbuatına istinadən xəbər verir ki, dərəyə yıxılan əsgər 29 yaşlı Halil İbrahim Öztürk şəhid olub.

Subay olan 29 yaşlı əsgərin meyiti Dövlət xəstəxanasının morquna yerləşdirilib.