Türkiyədən sərt reaksiya

Qırğızıstanda təşkil edilən iftar mərasiminə FETÖ-çuların da dəvət edilməsi qəbuledilməzdir.

ONN media xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy bildirib.

“8 mayda keçirilən iftar mərasimində iştirak edən Bişkek səfirimiz bu vəziyyətin fərqinə varıb və lazımi haqlı reaksiyanı verib”, – Aksoy bildirib.

Qeyd edək ki, türkiyəli səfir terrorçularla bir masada oturmayacağını bildirərək iftar mərasimini yarımçıq tərk edib.