Müəllimlərin işə qəbulu ilə bağlı sınaq imtahanları başlayır

Müəllimlərin işə qəbulu ilə bağlı sınaq imtahanlarına başlanılır.

Təhsil Nazirliyindən ONN media -ya verilən məlumata görə, sınaq imtahanları mayın 18-dən 30-dək Azərbaycan Dövlət İqtisad Universitetinin II (Gənclik korpusu) tədris binasında keçiriləcək.

Sınaq imtahanlarında 7 mindən çox şəxsin iştirakı gözlənilir. İmtahan qrafiki ilə bağlı iştirakçıların şəxsi səhifələrinə məlumat göndərilib. İştirakçılar sınaq imtahanına gələrkən şəxsiyyəti təsdiq edən sənədin əslini gətirməlidirlər.