Tovzuda 5 nəfər qidadan zəhərləndi

Tovuz rayonunda 5 nəfər qidadan zəhərlənib.

ONN media xəbər verir ki, hadisə rayonun Bozalqanlı kəndində qeydə alınıb.

İlkin məlumata görə, bir ailənin 5 üzvü qidadan zəhərlənib. Onlar xəstəxanaya aparılıblar.

Faktla bağlı araşdırma aparılır.