Azərbaycanda polis əməkdaşı faciəvi şəkildə öldü

Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin əməkdaşı göldə boğulub.

ONN media xəbər verir ki, hadisə Qəbələ rayonunda qeydə alınıb. Baş Mühafizə İdarəsinin mülki mühafizə xidmətinin əməkdaşı, 1996-cı il təvəllüdlü Cümşüd Qismət oğlu Mehdiyev Nohur gölündə çimərkən boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.(Unikal.org)