Ermənilər Azərbaycanın işğal altındakı torpaqlarında yanğın törədib

Ermənistan silahlı qüvvələri nəzarət etdikləri Azərbaycan torpaqlarında yenidən yanğın törədib.

ONN media xəbər verir ki, yanğın rayonun işğal altındakı Qaraağac Kəngərlisi və Güllücə kəndlərində müşahidə olunur. Yanğın zamanı çıxan alovun tüstüsü cəbhə xəttinə yaxın yerləşən Sarcalı, Qaradağlı, Zəngişalı, Çəmənli kəndlərindən aydın görünür.(ONA)