Bakıdakı çempionata erməni bacı-qardaş da qatılacaq?

Sabah Azərbaycanda Aerobika gimnastikası üzrə Avropa çempionatı start götürəcək. 

ONN media xəbər verir ki, Milli Gimnastika Arenasında baş tutacaq yarışa Avropanın 22 ölkəsindən ən güclü aerobika ustaları qatılacaq. 

3 gün baş tutacaq yarışda 400 idmançı mübarizə aparacaq. Maraqlıdır ki, yarışda erməni əsilli idmançılar da iştirak edəcək. Onlar bacı-qardaş olan Qarsevan və Duxik Canazyanlardır. Lakin idmançılar Ermənistanı deyil, qitə birinciliyində Rusiyanı təmsil edəcəklər.