Məşhur aparıcıdan xəbər var

Evinin hamamında yıxıldıqdan sonra xəstəxanaya yerləşdirilən məşhur türk aparıcı Mehmet Ali Erbildən xəbər var.

ONN media xəbər verir ki, 230 gündür xəstəxanada olan Mehmetin səhhətinin yaxşılaşdığına dair məlumat yayılıb.

Aparıcının həkimi onun əllərini və qollarını hərəkət etdirə bildiyini vurğulayıb.

Mehmetin yaxın zamanda evə göndəriləcəyi gözlənilir.