ABŞ-da Elarizin mahnısına “ikinci nəfəs” verildi – VİDEO

Ötən ilin sonundan artıq ABŞ-a köçən Elariz Məmmədoğlu sənətini orada da davam etdirir. Elariz Məmmədoğlunun mahnıları artıq ABŞ-da da məşhurlaşır. 

ONN media xəbər verir ki, Elariz Məmmədoğlunun mahnılarından biri olan “Ürəyim tup-tup döyünür” mahnısını yeni aranjıman edərək əslən Bakılı olan lakin uzun illər ABŞ- da yaşayan müğənni Yan Kaşepava səsləndirib. 

Qeyd edək ki, sevilib seçilən müğənni Elariz Məmmədoğlu həmkarlarından fərqli və eyni zamanda təqdirəlayiq addım atıb. Belə ki, Elariz başqa müğənninin onun mahnısını oxumağını bəyənib və dəstəkləyib. Həmin ifanı oxucularımıza təqdim edirik.