Mingəçevirdə YANĞIN OLDU

Mingəçevir şəhərində beşmərtəbəli yataqxana binasının 5-ci mərtəbəsində ümumi sahəsi 12 m² olan otağın yanar konstruksiyaları yanıb.

ONN media Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, digər otaqlar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.