ONN İnformasiya Agentliyi

Səhiyyə nazirliyindən XƏBƏRDARLIQ- Qadağan olundu

Səhiyyə nazirliyindən XƏBƏRDARLIQ- Qadağan olundu
13 Yanvar 2020 - 16:41

Türkiyənin Sparta şəhər xəstəxanasında endoskopiya və kolonoskopiyadan keçən 8 xəstədən birinin anesteziya iynəsindən sonra dünyasını dəyişməsi Səhiyyə Nazirliyini hərəkətə keçirib.

ONN media xəbər verir ki, ölkənin 81 bölgəsinin səhiyyə idarəsinə təcili xəbərdarlıq göndərilib və anesteziya iynələrinin satışının, istifadəsinin dayandırılması, daha sonra hamısının nazirliyə geri qaytarılması tələb olunub.

Dərman və Tibbi Cihaz Qurumu (TİTCK) “Dormofol” adlı bu inyeksiyanın istifadəsinə qadağa qoyub. Sözügedən dərmanın araşdırılması və analizi ilə bağlı proses başladılıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png