Qanköçürmə İnstitutuna yeni direktor TƏYİN EDİLDİ

B.Ə.Eyvazov adına ET Hematologiya və Transfuziologiya İnstitutunun (Qanköçürmə İnstitutu) direktoru Zöhrə Əlimirzayeva işdən çıxarılıb.

ONN media Medicina.az-a istinadən xəbər verir ki, onun yerinə Talassemiya Mərkəzinin icraçı direktoru Valeh Hüseynov təyin edilib.

Xəstəxanadan bildirilib ki, yeni direktor işə başlayandan dərhal sonra kadr dəyişikliklərinə başlayıb, bir neçə həkimin ərizəsi alınıb. Onun ciddi kadr dəyişiklikləri edəcəyi gözlənilir.