İlhan Aşkın Holland millət vəkili Mişel Rogierled ilə görüşdü

Niderland Krallığının Zuid Holland bölgəsi CDA millət vəkili Mişel Rogier ilə bu ölkədə fəaliyyət göstərən Hollandiya Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin İdarə Heyətinin üzvlərinin görüşü keçirilib.

Bu barədə məlumatı ONN media -ya adıçəkilən dərnəyin rəhbəri İlhan Aşkın verib. İlhan Aşkın bildirib ki,  görüş zamanı millət vəkilinə Hollandiya Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin fəaliyyəti barədə ətraflı məlumat verilib: “Görüşün sonunda cənab Mişel Rogierə Qarabağ və Xocalı ilə bağlı kitablar, həmçinin plaket təqdim etdik”