ABŞ -dan SON DƏQİQƏ AÇIQLAMASI – İranın hücumu nəticəsində 11 amerikalı əsgər…

ABŞ-ın Mərkəzi Qüvvələr komandanlığı İranın yanvarın 8-də İraqa hücumu ilə bağlı məlumat yayıb.

ONN media bildirir ki, açıqlamada qeyd olunur ki, İranın ABŞ-ın İraqdakı bazalarını hədəfə alması nəticəsində 11 əsgər xəsarət alıb. Amerikalı hərbçilərin beyin sarsıntısı keçirdiyi bildirilir.

Məlumata görə, raketlərin partlaması nəticəsində əraziyə güclü səs yayılıb. Bu da, əsgərlərə xəsarət yetirib. Yaralı hərbçilər müalicə üçün Küveytə göndərilib.