Somalidə PARTLAYIŞ – Türkiyəli 4 mütəxəssis YARALANDI

Somalidə terrorçu-kamikadzenin avtomobili partlatması nəticəsində azı 3 nəfər ölüb, 20 nəfər yaralanıb.

ONN media xəbər verir ki, hücum türkiyəli işçiləri Somalinin paytaxtı Moqadişoya gedən yolda müşayiət edən polis karvanına qarşı törədilib.

Partlayış nəticəsində 4 türkiyəli mütəxəssis yaralanıb.(publika)