Hələbdə qətliam: iki qadın və bir uşaq öldürüldü

Suriyanın Hələb şəhərinin Yeni Hələb və Əl-Zəhra yaşayış məntəqələri terrorçular tərəfindən raket atəşinə tutulub.

ONN media xəbər verir ki, nəticədə iki qadın və bir uşaq ölüb, üç nəfər isə yaralanıb.

Bildirilib ki, Nüsrə Cəbhəsi terror təşkilatının üzvləri mülki əhalinin Hələb və İdlib yaxınlığında humanitar dəhlizlər vasitəsilə təhlükəli bölgədən çıxmasına imkan vermir.